
23-26 aprel tarixlərində Türkiyənin 30 böyük şəhərində və Zonquldak vilayətində küçəyə çıxma qadağası tətbiq olunacaq.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə 4-cü videokonfrans vasitəsilə nazirlərlə görüşündən sonra deyib. O bildirib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyədə 23 aprel Milli suverenlik uşaq bayramı da daxil 4 gün küçəyə çıxılmayacaq, komendant saatı 22 aprel gecə saat 00:00-dan başlanıb, 26 aprel gecə saat 00:00-dək davam edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz