İtaliyada bələdiyyə sədri koronavirusa qarşı Qurani-Kərim oxutdu - VİDEO


İtaliyanın Carpi şəhərinin bələdiyyə sədri yeni növ koronavirusa qarşı müsəlman din xadiminə Quran oxudub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyanın Carpi şəhərində təhlükəli viruslara qaşı dua tədbiri baş tutub. Yəhudi və xristiyanlarla birlikdə müsəlmanların da qatıldığı tədbirdə şəhərin bələdiyyə başçısı Alberto Belleli də iştirak edib. Daha sonra bələdiyyə başçısı tədbirə dəvət edilən müsəlmanlardan birinə müraciət edərək Quran oxumasını istəyib. Müsəlman din xadimi bu təklifin ardından  Quranın "Ali İmran" surəsini oxuyaraq təhlükəli virusun tezliklə bitməsi üçün dua edib. Qeyd edək ki, bu günə qədər İtaliyada 178 min 972 nəfər yeni növ koronavirusa yoluxub, 23 min 660 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top