Şahzadə xəstəxanada işləməyə başladı - FOTO


İsveç kral ailəsinin üzvü olan şahzadə Sofiya, xəstəxanada işləməyə başlayıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı şəhzadə koronavirusla mübarizəyə dəstək olmaq üçün xəstəxanada işləməyə başlayıb. Sofiyahemmet xəstəxanasında 3 günlük təlimlərə qatılan Sofiya, daha sonra burada işləməyə başlayıb. Kral ailəsindən verilən məlumata görə, şahzadə bu addımı öz istəyi ilə atıb.
Qeyd edək ki, sözügedən xəstəxanada səhiyyə işçilərinə yardım etmək üçün hər həftə 80 nəfərlik təlimlər keçirilir. Bu barədə sertifikat alan şəxslər, tibb işçilərinə yardım etmək üçün müvafiq xəstəxanalara göndərilir.

Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top