İranda koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır


İranda yeni növ koronavirus səbəbilə dünyasını dəyişənlərin sayı artıb.
Yeniavaz.com
İHA-ya istinadla xəbər verir ki, İranda son 24 saatda 91 nəfər COVID-19-səbəbilə vəfat edib. Ölkədə ümumi ölənlərin sayı isə 5 min 209-a çatıb. İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Çinapur İranda yeni növ koronavirusa yoluxanların 83 min 505 nəfər olduğunu açıqlayıb: "Hazırda xəstəxanada 3 min 389 nəfər reanimasiyadadır və təəssüflər olsun ki, vəziyyətləri yaxşı deyil". Kiyanuş Çinapur həmçinin bildirib ki, İranda  yeni növ koronavirusdan sağalaraq evə buraxılanlaın sayı isə 59 min 273 nəfərdir. Qeyd edək ki, bu günə qədər dünyada 2 milyon 423 min 504 nəfər yeni növ koronavirusa yoluxub, 166 min 045 nəfər isə həmin xəstəlikdən sağalıb. Təhlükəli virusdan sağalanların sayı isə 636 min 067 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top