Merkel: "Tələsik qərar versək, virus yenidən..."


Avropa ölkələri koronavirusla bağlı karantin rejimi qaydaları yumuşaltmağa başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya, Avstriya, İsveçrə, Hollandiya və Belçika kimi ölkələr bu həftədən etibarən yavaş-yavaş karantin qaydalarından çıxır.
Almaniyada xüsusilə böyük marketlərlə bağlı narahatçılıqlar yaşanır.
Belə ki, bu sahədə işləyən işçilərin sayı 2 milyondan çoxdur.
Bütün bunlara görə də Almaniyanın Baş Naziri Angelə Merkel karantin qaydalarının tamamilə ləğv edilməsinin əleyhinə olduğunu bildirib.
Merkel ötən gün əyalət nazirləri ilə telekonfrans zamanı karantin rejimi qaydaları ilə bağlı tələsməyin lazım olmadığını, aprelin 30-da yenidən görüşəcəklərini deyib: "Karantin rejimi ilə bağlı tələsik qərar versək virus yenidən daha güclü şəkildə yayılmağa başlayar".
Baş Nazir, 8-9 may tarixlərində iqtisadiyyat və məktəblərlə bağlı qərar veriləcəyini də deyib.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top