Azərbaycanda içməli suda koronavirus analizləri aparılır? – “Azərsu” və TƏBİB-dən AÇIQLAMA


Fransanın paytaxtı Parisdə sularda koronavirus aşkarlanması barədə xəbər vermişdik. Bu barədə Paris Bələdiyyəsi açıqlama yaymış və bildirilmişdi ki, küçələrin təmizləməsi üçün istifadə olunan sularda COVID-19 aşkarlanıb. Bundan sonra suların istifadəsi dayandırılmışdı. Şəhərdəki içməli su da analiz edilmiş, ancaq virusa rast gəlinmədiyi açıqlanmışdı. Bəs görəsən ölkəmizdə də sular koronavirusa görə analiz edilirmi?
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, onlar içməli suda koronavirusla bağlı analiz aparmırlar: “İçməli su təmizlənir, zərərsizləşdirilir deyə onda koronavirus olması mümkün deyil. Mütəmadi olaraq bizim mənbə və anbar yoxlanılır. Koronavirusa qarşı biz yoxlamırıq, onu Səhiyyə Nazirliyi yoxlaya bilər. Amma bizim özümüzün göstəriciləri var, ona uyğun daim zərərsizləşdirilir və təmizlənir”.
Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, hələlik qurumun gündəmində içməli suda koronavirusun olub-olmaması ilə bağlı anaizlərin aparılması yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top