Bakıda ər və arvad tibbi spirt içərək öldü

Bakıda ölüm hadisəsi baş verib.

Yeniavaz.com "MediaPost"a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Yasamal rayon sakini 1945-ci il təvəllüdlü İvlev Konstantin Dimitryeviç və həyat yoldaşı 1961-ci il təvəllüdlü İvleva Elena Vladimrovna yaşadıqları evdə Pasxa Bayramını qeyd edən zaman etil spirti qəbul ediblər.

Qəbul etdikləri spirtdən zəhərlənən ər-arvadın halı anidən pisləşib. Qadın Elena İvleva kəskin zəhərlənmədən evdə vəfat edib. Həyat yoldaşı Konstantin İvlev Toksikoloji Mərkəzə çatdırılsa da həyatını xilas etməlk mümkün olmayıb. Beləliklə, kişi və qadın Pasxa bayramında qəbul etdikləri spirtdən zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top