Bakıda evdə partlayış - Xəsarət alan var


Bakıda mənzildə partlayış olub.
Hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti ev 24, mənzil 13 ünvanında qeydə alınıb.
Hamam otağındakı su qızdırıcısında baş verən nasazlıq nəticəsində partlayış olub.
Partlayış zamanı ev sahibi, 1958-ci il təvəllüdlü Famin Musayev  müxtəlif dərəcəli bədən xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top