Türkiyədə evdən çıxa bilməyənlərin dadına çatan "hörümçək adam" - VİDEO


Türkiyənin Antalya şəhərində yaşayan Burak Soylu "hörümçək adam" libası geyinərək evdən çıxa bilməyən yaşlı, köməyə ehtiyacı olan insanlara eləcə də uşaqlara yardım edir.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadən xəbər verir ki, Soylu pandemiya səbəbilə evlərindən çıxa bilməyən 65 yaşından yuxarı insanların verdiyi siyahıya görə marketlərdən onlar üçün alış-veriş edir. Uşaqlar tərəfindən də sevilən "hörümçək adam" libaslı Soylu bu çətin günlərdə onları sevindirə bildiyi üçün özünü çox xoşbəxt hiss etdiyini deyir. Antalyada insanların rəğbətini qazanan Burak Soylu koronavirusa görə parklarda səhnələr göstərməyi dayandırdığını, evdə oturmaqdansa insanlara yüksək əhval ruhiyyə, təbəssüm, lazım gəldikdə onların ehtiyaclarını qarşılamağı daha üstün tutduğunu deyib. Qısa vaxtda sosisal şəbəkə istifadəçiləri tərəfindən də sevilən Soylunun videoları hər kəs tərəfindən bəyənilib.




İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top