Koronavirus bu dəfə Əfqanıstan Prezident sarayında - İşçilər karantinə alındı


Əfqanıstan Prezident Sarayında 20 nəfər işçinin koronavirus testi müsbət çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, sarayda koronavirus başqa bir rəsmi dairədə çalışan birinin ora gəlməsi nəticəsində yayılıb. Bildirilir ki, testləri pozitiv çıxan işçilərin ailə üzvləri və təmasda olduğu şəxslər də karantinə alınıb. Eyni zamanda virusa yoluxan işçilərin sayının artacağı istisna edilmir. 
Əfqanıstan prezidentinin mətbuat katibi Sadık Sadıki, dövlət məmurlarına testlərin davam etdiriləcəyini və bu müddət ərzində personalın 3 həftə evdə qalacağını açıqladı.
Qeyd edək ki, Əfqanıstanda ümumilikdə 933 yoluxma faktı qeydə alınıb, 32 nəfər ölüb, 32 nəfər isə sağalıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top