Türkiyədə koronavirusa yoluxanların sayı Çini keçdi


Türkiyədə koronavirusa yoluxanların sayı daha 3 977 nəfər artaraq 86 306 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Türkiyə yoluxmaların sayına görə virusun ilk ortaya çıxdığı Çini ötüb. Ötən gün mətbuata açıqlama verən Türkiyə Səhiyyə naziri Fahrettin Qoca 127 nəfərin bu virusun qurbanı olduğunu, ümumilikdə isə ölənlərin sayının 2 017 nəfər olduğunu bildirib. 
Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 82 747, bu virusdan ölənlərin sayı isə 4 632 nəfərdir.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top