ABŞ-da bir gündə koronavirusdan rekord sayda insan öldü


ABŞ-da son 24 saat ərzində 2 minə yaxın insan koronavirusdan vəfat edib, 26 889 nəfərdə isə infeksiyası aşkarlanıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, bir gündə ABŞ-da 1 997 pandemiyanın qurbanı olub. Bununla da yeni növ koronavirusdan ölənlərin sayı 40,6 mini ötüb.

Koronavirus daşıyıcısı olan şəxslərin sayı 759 minə çatıb, 70 minə yaxın ölkə vətəndaşı müalicə alaraq sağalıb. 

DİGƏR XƏBƏRLƏR

Top