Azərbaycanda cinayətkar həbs edildikdən səkkiz gün sonra ata oldu, ölümü gözləyərkən... - VİDEO

Aprelin 6-da Prezident İlham Əliyev koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Bu sərəncamla azadlığa çıxanlar arasında ömürlük həbs cəzası almış Ağalar Nağıyev də var.

İctimai Televiziya 66 illik ömrünün 25 ilini həbsxana divarları arasında keçirmiş A.Nağıyev haqqında süjet hazırlayıb.

41 yaşında həbsxanaya düşən A.Nağıyev nə zamansa azadlığa çıxacağına ümid belə etməyib. O, törətdiyi cinayətə görə 1995-ci ildə ölüm hökmü cəzası alıb. 1998-ci ildə isə ölüm hökmü ömürlük həbslə əvəz olunur.

Həbs olunduqdan səkkiz gün sonra oğlu dünyaya gələn Ağalar indiyə qədər onu ancaq həbxana görüşlərində görə bilib. Keçmiş məhbus deyir ki, bu 25 ildə çox şey öyrənib, başa düşüb ki, əsl həyat azadlıqdadır.

A.Nağıyev əfv sərəncamını eşitdiyi anı belə xatırlayır:

“İnanmadım. Elə bildim, yalandır. İndi inandım”.

Sözügedən süjeti təqdim edirik.


//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top