
Ermənistanın Birinci Kanalının (İctimai Televiziya) baş naziri Nikol Paşinyanla bağlı yayımladığı video görüntü hökumətlə TV rəhbərliyi arasında böyük qalmaqala səbəb olub.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Nikol Paşinyanın Birinci Kanalın efirindən xalqa müraciəti zamanı canlı yayımdan əvvəl qeydə alınan görüntülər də yayımlanıb.
Həmin video görüntüdə Nikol Paşinyanın qəribə hərəkətləri və davamlı olaraq öskürməsi yer alıb.
Nikola Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qriqoryan deyib ki, canlı yayımdan əvvəl qeydə alınan hazırlıq işlərini evirə vermək kanal işçilərinin peşəkar olmamasını göstərir. Hökumət sözcüsü kanal rəhbərliyindən baş verənlərə aydınlıq gətirmələrini gözlədiklərini bildirib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, kanal rəhbərliyi onlara canlı yayımdan əvvəl efirə Paşinyanın yalnız şəkilini verəcəklərini söyləyiblər.
Sosial şəbəkə istfadəçiləri isə Birinci Kanalda yayımlanan video görüntüləri montaj edərək Paşinyanı ələ salıblar. Nikol Paşinyan öskürdüyü zaman fona koronavirus fotoları yerləşdirərək baş nazirin virusa yoluxduğuna işarə ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz