Sabah Bakıda 21 dərəcə isti olacaq


Aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz  18-23° isti, Bakıda  gecə 10-12° isti, gündüz  19-21° isti olacaq. Atmosfer  təzyiqi 760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam  bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir duman. Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 8-13° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  12-17° isti  olacaq.

DİGƏR XƏBƏRLƏR

Top