Azərbaycanda olan Türkiyə vətəndaşları bu günlərdə ölkələrinə gedə bilərlər - RƏSMİ

Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, səfirliyin sosial media hesabında yerləşdirilən müraciətdə deyilir:
“Azərbaycanda olan və Türkiyəyə qayıtmaq istəyən vətəndaşlarımızın təxliyyə edilməsi üçün Heydər Əliyev Hava Limanından 23 aprel saat 11:10-da, 24 aprel saat 01:55-də və 22 aprel saat 22:35-də Gəncə Hava Limanından Türk Hava Yolları tərəfindən təyyarə səfərləri təşkil ediləcək.
Səfərlərdə üstünlük daha çox tələbələrə, müvəqqəti olaraq Azərbaycanda olan şəxslərə (turizm, iş görüşü məqsədi ilə gələnlərə) veriləcəyi deyilir.
Səfərlərlə bağlı Türk Hava Yollarının ofislərinə 20 aprel 12:00-18:00 və 21 aprel 10:00-16:00 saatları arasında müraciət etmələri xahiş olunur. 

DİGƏR XƏBƏRLƏR

Top