Tramp:"Virus yarasa növündən insanlara keçib amma..."


ABŞ prezidenti Donald Tramp COVID-19-la Mübarizə Qrupunun "Ağ ev"də keçirilən günlük iclasında gündəmi qiymətləndirib və verilən sualları cavablandırıb. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Tramp, yeni tip koronavirus (COVID-19) pandemiyasından ən çox zərər çəkən ölkənin ABŞ deyil, Çin olduğunu qeyd edib:
"Çin çox böyük ölkədir və ciddi problemlər yaşadı. Bu gün onlar ölüm saylarını açıqladılar. Amma bu say yalnız Uhanı əhatə edir. Uhandan kənarda ölənlərdən söhbət belə etmirlər". 
O daha sonra virusun Uhanda yerləşən bir laboratoriyada meydana gətirildiyi məsələsinin məntiqə uyğun olduğu fikrini söyləyib. Həmçinin çıxışında: "Bəli, virus bir yarasa növündən insanlara keçib, amma həmin yarasa Uhandakı canlı heyvan bazarında satılmırdı. Onlar 40 mil uzaqda idilər. Çox qəribədir. Amma bu barədə yalnız araşdırmadan sonra nəsə deyə bilərik".

O, hazırda koronavirusun Çindən çıxıb dünyanın çox ölkəsinə yayıldığını bildirib: "Dünyanın 184 ölkəsi bundan əziyyət çəkir. Bu çox pis göstəricidir. Halbuki başdan bəri bildirilmiş olsaydı məsələ daha asan bir formada həll oluna bilərdi". 

Qeyd edək ki, ABŞ prezidenti bəzi əyalətlərdə virus əleyhinə qoyulmuş qadağaların qaldırılmasını istəyən etirazçıları dəstəkləyərək fikrini belə açıqlayıb: "Mən evdə qalın şüarından bəhs etmirəm, amma bəzi qaydalar yumuşaldılmalıdır".
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top