
Bu gün Gəncə şəhərində yerləşən Endokrinoloji xəstəxana qarşısında bir qrup insan koronavirusa qarşı 2 metr məsafənin qorunması ilə bağlı qaydaları pozublar.
Xəstəxana qarşısında yaranan sıxlıqla bağlı fotolar Yeniavaz.com saytına göndərilib. Bildirilir ki, sıxlığın səbəbi şəkərli-diabet xəstələrinə lazımi dərmanların verilməsi olub. Fotodan da aydın olur ki, dərman almağa gələn şəxslər karantin qaydalarını ciddi şəkildə pozublar. Azərbaycanda xüsusi karantin rejimi qaydalarına görə, 10 nəfərdən artıq insanların bir yerə toplaşmağı qadağandır. Eyni zamanda ara məsafəsi 2 metr olaraq qorunmalıdır. Maraqlıdır ki, bu qədər adam bir yerə toplaşsa da, xəstəxana qarşısında olan polis əməkdaşları heç bir müdaxilə etməyib.
Qeyd edək ki, koronavirusa yoluxmada şəkərli-diabet xəstələri risk qrupuna daxildir.
Fotoları təqdim edirik:





İlahə Hüseynova
Tətbiqimizi yükləyə bilərsiniz