Bazar gününün HAVASI


Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, havanın temperaturu gecə 9-12° isti, gündüz  16-19° isti, Bakıda  gecə 9-12° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq. 
Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu  gecə 7-11° isti, gündüz  20-25° isti, dağlarda gecə 2-7° isti,
gündüz  10-15° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top