Koronavirusun tüğyan etdiyi İranda bəzi iş yerləri açıldı


İranda koronavirusa yoluxanların sayının 80 minə, ölənlərin sayının isə 5 minə yaxınlaşdığı bir vaxtda ölkədə bəzi qararlar alınıb.
Yeniavaz.com xarici KİV-ə istainadən xəbər verir ki, yayılma riskinin az olduğu iş yerlərinin fəaliyyəti bərpa olunub. İran Səhiyyə Nazirliyinin sözcüsü Əlirza Vahabzade ölkədə ölənlərin sayının son dörd gündə 100 nəfərin altında olduğunu bildirib.
Qeyd edək ki, İranda virusa yoluxan xəstələrdən 54 064 nəfər sağalıb, 20 472 nəfər isə müalicə olunur.

DİGƏR XƏBƏRLƏR

Top