Mart ayında metrodan istifadə edən sərnişinlərin sayı AÇIQLANDI


Bu ilin ilk 3 ayı ərzində metro nəqliyyatından 50 milyon 855 min sərnişin istifadə edib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, metro nəqliyyatından yanvar ayında 19 milyon 578,8 min sərnişin, fevral ayında 19 milyon 307,3 min sərnişin, mart ayında isə 11 milyon 968,9 min sərnişin istifadə edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin mart ayında metrodan 19 milyon 226,8 min sərnişin istifadə edib. 
Məlumat üçün bildirək ki, koronavirus pandeniyası səbəbindən martın 24-dən metronun iş vaxı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib. Daha sonra - mart ayının 31-dən aprel ayının 20-dək metronun fəaliyyəti tamamilə dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top