
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 12 min 192 nəfər və ya 0,1% artaraq 2020-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 79 min 300 nəfərə çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin ilk iki ayı ərzində 22 min 321 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,7 təşkil edib. Körpələrdən 584-ü əkiz, 12-si isə üçəm doğulanlardır.
2020-ci ilin yanvar-fevral aylarında ölkədə 10 min 216 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 6,4-dən 6,3-ə enib.
Cari ilin ilk iki ayında qeydiyyat şöbələri tərəfindən 8 min 151 nikaha daxilolma və 2 min 841 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı azalraq 5,2-dən 5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,7) qalıb.
A.Cəfərov
Tətbiqimizi yükləyə bilərsiniz