Prezidentdən sahibkarlara xəbərdarlıq: "Tamahını təmin etmək xəyanətdir"


"Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm, bir daha əmək müqaviləsi olmadan işləməyin".
Yeniavaz.com xəbər verir ki, bu sözləri aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirən Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, belə olan hallarda işçilər dərhal müvafiq qurumlara müraciət etsinlər:
"Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirliklərinə, Prezident Administrasiyasına müraciət edin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, tamahını təmin etmək xəyanətdir”.

DİGƏR XƏBƏRLƏR

Top