Koronavirus Azərbaycanda turizm və restoran sektorunu necə "vurub"? – SON RƏQƏMLƏR


2020-ci ilin yanvar-mart aylarında ölkədə istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 18 milyard 321,1 milyon manat təşkil edib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ÜDM istehsalının  2,2%-i və ya 403,1 milyon manatı  turistlərin yerləşdirilməsi və ictimai iaşə (restoran, kafe və s.) sahələrin payına düşüb. Bu göstərici ötən ilin yanvar-mart ayları ilə müqayisədə 14,4% və ya 67,8 milyon manat az olub.
Koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərin tətbiq olunduğu mart ayında turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 76 milyon manatlıq ÜDM istehsal olunub və bu ötən ilin mart ayı ilə müqayisədə 2,3 dəfə az olub. Müqayisə üçün bildirək ki, 2019-cu ilin mart ayında turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 172,3 milyon manatlıq ÜDM istehsal edilib.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top