Xəstələrin reanimasiyada yaşadıqlarından: "Bir çoxu qolunu belə qaldıra bilmir"


Dünyada yeni növ koronavirusun yayılması ilə bir çox xəstə reanimasiyaya yerləşdirilir. BBC xəstələrin reanimasiyada yaşadıqları hadisələri araşdırıb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, yeni növ koronavirusa yoluxan bir çox xəstədə nəfəs almaq problemləri ortaya çıxır və bu hadisə bədənin bir çox orqanına mənfi təsir edir. Bu səbəblə xəstələr reanimasiyaya yerləşdirilir və orqanizmə  müxtəlif dərman vasitələri yeridən və süni tənəffüs verən aparatlara qoşulur. BBC-nin araşdırmasına görə, həkimlər reanimasiyanın olduqca çətin mərhələ olduğunu bildirib. Xəstələr reanimasiyada bir çox psixoloji problemlər yaşamağa başlayırlar. İngiltərənin "Royal Gwent" xəstəxanasının həkimi David Hepbörn reanimasiyanın bir çox xəstələrin həyatını dəyişdirdiyini bildirib: "Reanimasiyadan sağalıb çıxsanız belə bir çox psixoloji problemlər yaşamağınız mümkündür. Xəstələr oyandıqda o qədər zəif olurlar ki, bir çoxu qolunu belə qaldıra bilmir".
 İngiltərəli jurnalist 2011-ci ildə keçirdiyi ağır xəstəlik səbəbilə reanimasiyada çətin anlar yaşadığını deyib: "Mənə sakitləşdirici dərmanlar verirdilər. Sanki, hər kəsi gizlicə dinləyirdim. Əslində elə bir şey yox idi. Başıma gəlməyən hadisələri yaşamağa başlayırdım. Vaxt ötdükcə həkimlərin məni zombiləşdirdiyini, ən sonda da məni yeyəcəklərini fikiləşirdim. Daha sonra bir çox insanın mənimlə eyni hadisələri yaşadığını öyrəndim". 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top