
Koronavirusa qalib gələn daxili xəstəliklər mütəxəssisi Dr.Murat Hakan Terekeci vətəndaşlara qidalanma ilə bağlı məsləhətlər verib.
Yeniavaz.com xəbər verir ki, həkim bu dövrdə D və C vitaminin vacib olduğunu vurğulayıb: “İmmunitet sistemi güclü olduğu zaman xəstəlik və müalicə dövrü yüngül keçir. Sarıkök immunitet sisteminin gücləndirilməsində effektiv üsuldur. Bu, xüsusilə ağciyər tutulumunun müalicəsində və immunitet sisteminin tənzimlənməsində məsləhət görülür. Sarıkökü gün ərzində bir xörək qaşığı yeməklərdə istifadə etmək olar. Əgər bu şəkildə yeməklərin acı olduğunu hiss etsəniz, apteklərdə sarıkök tərkibli məhsulu da ala bilərsiniz”.
M.Hakan eyni zamanda dəvətikanı toxumunun da immun sistemi üçün faydalı oduğunu qeyd etdi: “İmmunitet sisteminiz zəifdirsə, bu xəstəlik sizə qalib gələ bilər. Buna görə, yalnız orqanik meyvə və tərəvəzdən istifadə etmək lazımdır. Xsusən də tərkibində C və D vitamin olanlara üstünlük verin. Lakin stressə girib, bir çox məhsulu eyni anda istifadə etməyin”.
İlahə Hüseynova