
Afrika qitəsində yerləşən Keniyada küçəyə çıxma qadağasını pozan 12 vətəndaş öldürülüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Keniya Polis Nəzarəti qurumu, ölkə üzrə 35 nəfərin küçəyə çıxma qadağasını pozduğunu bildirib. Bu qadağanı pozan 12 nəfər isə polislər tərəfindən öldürülüb. Faktla bağlı hökumətdən açıqlama verilməyib.
Qeyd edək ki, Keniya respublikası pandemiyadan qorunmaq məqsədilə, 19:00-dan 05:00-ə dək küçəyə çıxmağı qadağan edib. Məlumat üçün bildirək ki, bu ölkədə 11 nəfər koronavirusdan ölüb, 243 nəfər isə virusa yoluxub.
Lalə Cəfərli