Fransa prezidenti: "Çində koronavirusla bağlı bilmədiyimiz şeylər oldu"


“Çinin koronavirusa qarşı mübarizədə bizdən daha yaxşı olduğunu deyəcək qədər saf olmayaq. Bilmirik. Açığı bilmədiyimiz şeylər oldu”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emanuel Makron “Financial Times” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Fransa, Almaniya və İtaliyadakı vəziyyəti, Çin və ya Rusiya ilə müqayisə etmək mümkün deyil. 
“Epidemiyadan ən çox təsirlənən Avropa Birliyinə (AB) üzv olan ölkələrə dəstək verilmədiyi təqdirdə, İtaliyada, İspaniyada və Fransadakı populistlərin qələbəsinə töhfə verəcəyik. Epidemiyanın yaratdığı böhranda AB ölkələrin məsuliyyəti daha çoxdur. AB-nin siyasi layihə və ya iqtisadi bir bazar olduğu mövzusunda qərar verməliyik. Mən siyasi layihə olduğunu düşünürəm” – deyə, Fransa prezidenti qeyd edib. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top