
Mingəçevirdə Üzeyir Hacıbəyov adına 11 illik musiqi məktəbinin kollektivi evdən konsert verib.
Yeniavaz.com xəbər veri ki, Mingəçevir şəhər Üzeyir Hacıbəyov adına 11 illik musiqi məktəbinin kollektivi bölgədə ilk dəfə olaraq “Eyvana çıx” konsert proqramı ilə çıxış ediblər. İfaçılar öz musiqlərini şəhərin Müslüm Maqomayev küçəsində yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən eyvandan təqdim ediblər. Məktəbin müəllimləri Zülfiyyə Hacıyeva, Türanə Məmmədova, İsa Müseyibov və Səttar Orucovun iştirakı ilə vətənpərvər ruhda musiqlər səsləndirilib. Evdə qal prinsipinə əməl edən bina sakinləridə öz eyvanlarına çıxaraq ifaçıları alqışlarla qarşılayıblar.
Esmira Hidayətova, Mingəçevir