Trampın açıqlamalarından sonra Çində ölü sayısı kəskin artdı


Ötən gün Donald Trampın verdiyi açıqlamalardan sonra Çin hökumətinin koronavirusla bağlı verdiyi statistikada Uhan əyalətindəki ölülərin sayının bir gündə 50 faiz artdığı müşahidə edilib.
Yeniavaz.com Türkiyənin “Sözcü” qəzetinə istinadla xəbər verir ki, D. Trampın, pandemiyanın necə başlaması və Çinin ölü sayını gizlətməsi ilə bağlı etdiyi açıqlamalardan sonra Çin, Uhan əyalətindəki ölü sayısına bir gündə 1290 nəfər əlavə edərək 2 min 579-dan 3 min 869-a qaldırdı.
Uhanda ölü sayının 50 faiz artırılmasını isə Çin səlahiyyətliləri belə izah ediblər: “Xəstəxanaya gətirilmədən ölənlər, gec və səhv siyahıya alınanlar da əlavə edilib. Özəl xəstəxanalar və səhiyyə qurumlarından gələn son məlumatlar əsasında belə bir mənzərə yaranıb”.
D. Trampdan başqa Pentaqon rəhbəri Mark Esper və Xarici İşlər naziri Mayk Pompeo da dünya ictimaiyyətini  Çinin koronavirusla bağlı açıqladığı rəqəmlərə etibar etməməyə çağırmışdı.
Qeyd edək ki, hazırda Çində 4 min 632 nəfər koronavirusdan dünyasını dəyişib ki, bu siyahıya 1290 nəfər son bir gün ərzində əlavə olunub.

DİGƏR XƏBƏRLƏR

Top