Koronavirusa qarşı qolbağı hazırlanır


ABŞ-da fəaliyyət göstərən şirkətlərdən biri yeni növ koronavirus təhlükəsinə qarşı qolbağı hazırlayır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Ford şirkəti tərəfindən hazırlanan qolbağının koroanvirusa qarşı əsas xüsusiyyəti sosial məsafəni dəqiqləşdirmək olacaq. Belə ki, həmin qolbağıdan istifadə edən şəxs  istənilən bir yerdə hərəkət edərkən digər insanlarla arasındakı məsafə xəstəlik yoluxacaq qədər yaxın olarsa titrəyərək xəbərdarlıq edəcək. Təhlükəli məsafə 1,8 metr olaraq sistemə qeyd edilib. Ford şirkətinin sözçüsü Kelli Felker bildirib ki, həmin qolbağı vasitəsilə həmçinin ətrafdakı insanların sayını da müəyyən etmək mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top