Türkiyədə koronavirusdan ölənlərin sayı 1600-ü keçdi


Türkiyədə yeni növ koronovirusdan (COVID-19) bu gün daha 125 nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib.

O bildirib ki, son 24 saatda 40 min 427  nəfər koronavirus testindən keçib və 4801-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1643 nəfər ölüb, 74193 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1854 nəfəri reanimasiyadadır, 7089 nəfərin isə müalicəsi müsbət nəticə verib.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 518143 nəfərin testdən keçdiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top