"Gör indi qağan nağayracaq" deyən sürücü həbs olundu - Boksçu imiş... - VİDEO

Martın 29-da Bakının mərkəzində avtoşluq edib işıqforun qırmızı işığında keçərkən qəza törədən 90 ZO 211 nömrəli "Galendewagen" markalı avtomobilin sürücüsü həbs edilib. 

Yeniavaz.com-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, maşının sürücüsü Rüfət Qocayev boksçu olduğunu bildirib və məşqə gedərkən yolun solunda yerləşən, dostuna məxsus dükana baxdığı üçün işıqforu görmədiyini deyib. Videonun sonunda deyilən ifadə isə montaj olunub.

"Əməlimdən peşmanam, bir daha belə səhv etmərəm, diqqətsizlik etmişəm", - deyə sürücü bildirib. 

R. Qocayev məhkəmənin qərarı ilə  1 il sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə həbs olunub. 

DİGƏR XƏBƏRLƏR

Top