Karantin müddəti uzadılacaq? - Prezidentin köməkçisindən AÇIQLAMA


"Karantin müddətinin nə qədər uzadılması barədə yaxın günlərdə məlumat veriləcək"
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinq zamanı deyib. O bildirib ki, karantin müddəti barədə son qərar kompleks şəkildə dəyərləndirmələrdən sonra bildiriləcək:
"Bizim ölkədə yeni növ koronavirusla bağlı müsbət nəticələrin əldə edilməsi, dünyanın digər ölkələrində təhlükənin azalmasını göstərmir. Dünyanın bir çox ölkəsində COVİD-19 hələ də təhlükəli vəziyyətdədir. Ölkəmizdə ümumi vəziyyətlə bağlı beynəlxalq ekspert və ÜST-ün məsləhətləri nəzərə alınaraq karantin müddəti barədə qərar veriləcək. Bu barədə məlumatlar yaxın günlərdə vətəndaşlara bildiriləcək"

DİGƏR XƏBƏRLƏR

Top