Suriyaya göndərilən iki qutu yardım gündəm oldu


Çinin Suriyaya iki qutu yardım göndərməsi dünyada gündəm olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Çinin göndərdiyi yardım Suriya xarici işlər nazirinin müavini Feysəl Məkdad və Çinin Suriyadakı səfiri Fen Biao tərəfindən qarşılanıb. Təyyarədən endirilən yardımın iki qutu analiz testi olduğu məlum olub. Rəsmilərin iki qutu yardımla çəkdirdiyi fotolar dünya mediasında gündəm olub. Qeyd edək ki, Suriyada indiyə qədər 33 nəfərin koronavirusa yoluxduğu, 2 nəfərin isə bu virusun qurbanı olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top