Bu məhsulların qiyməti bahalanıb - SİYAHI


Bu ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki aya nisbətən 2,2%, ötən ilin mart ayına nisbətən 6% təşkil edir.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunan üzlü südün, kəsmiyin, günəbaxan yağının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən unun, dondurulmuş balığın, sterilizə olunan üzlü südün, qatılaşdırılan şəkərli südün, yoqurtun, bananın, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top