ABŞ-da koronavirusdan ölənlərin sayı 30 mini aşdı


ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da COVID-19 səbəbilə ölənlərin sayı 30 min 826 nəfərə çatıb. Ölkədə xəstəliyə yoluxanların sayı isə 657 min 846 nəfərdir. Koronavirus səbəbilə dünyasını dəyişənlərin 14 min 64 nəfəri Nyu-York şəhərindədir. Son rəqəmlərə görə, ABŞ-da 52 min 100 nəfər yeni növ koronavirusdan sağalaraq evə buraxılıb.
Qeyd edək ki, bu günə qədər dünyada 2 milyon 94 min 897 nəfər COVID-19-a yoluxub, 135 min 569 nəfər bəhs edilən xəstəlik səbəbilə dünyasını dəyişib, 520 min 946 nəfər isə sağalıb.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top