Azərbaycana ət və kərə yağı xaricdən neçəyə gətirilir? - QİYMƏT


Bu ilin mart ayı ərzində xarici ölkələrdən Azərbaycana 3 min 128,7  ton ət, 1 774,8 ton kərə yağı gətirilib. 
Yeniavaz.com
-un açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin mart ayında idxal etdiyimiz kərə yağının miqdarı 2,1 dəfə artıb, idxal etdiyimiz ətin miqdarı isə 20% azalıb.
İdxal olunan kərə yağının qiymətində ciddi dəyişiklik olmasa da, ətin qiyməti kəskin bahalanıb. Belə ki, 2019-cu ilin mart ayında 1 kiloqramı 1,4 dollar (2,4 manat) olan ətin gömrük dəyəri bu ilin mart ayında 1,9 dollara (3,3 manat) yüksəlib. Bundan başqa ötən ilin mart ayında kərə yağının 1 kiloqramının gömrük dəyəri isə 5,1 dollar (8,7 manat) olduğu halda, bu ilin mart ayında 5 dollar (8,5 manat) olub.

DİGƏR XƏBƏRLƏR

Top