Tramp koronavirusla bağlı paylanılacaq yardımların üstünə adını yazdırır - ABŞ-da ilk dəfə


ABŞ prezidenti Donald Tramp kömək məqsədilə amerikalılara göndəriləcək ödəmə çeklərin üzərinə öz adını yazdırması tənqidlərə səbəb olub.
Yeniavaz.com xarici xəbər agentliklərinə istinadən xəbər verir ki, ABŞ Senatının koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində ölkə vətəndaşlarına ayıracağı (2,2 trilyon dolarlıq yardım paketi) 500, 1200 və 2400 dollarlıq çeklərin sol tərəfində "Prezident Donald Tramp" yazılacaq. Prezidentin bu barədə qərarı həmin çeklərin paylanılmasının 3-5 gün arası gecikmə ilə paylanmasına da səbəb olacaq. Atılan bu addım ölkədə səs-küyə səbəb olub. 
Koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərərlə mübarizədə 70 milyon vergi ödəyicisinə ayrılmış çeklərin üzərinə prezidentin adının yazılması fürsətdən istifadə etmə, seçkiqabağı çıxar kimi qəbul edilib. ABŞ Nümayəndələr Palatasının Sədri Nensi Pelosi verdiyi açıqlamada bildirir: 
“Çeklərin gecikməsi uğursuzluğun nümunəsidir. İndi əvvəlkindən daha çox həqiqətə ehtiyacımız var. Həqiqət budur ki, prezident Donald Tramp pandemiya ilə mübarizə aparmaq üçün infrastrukturu dağıtdı, bu isə lazımsız ölümlərə və iqtisadi fəlakətə yol açdı. İqtisadi proqramlar ölkə ərazisində işçiləri qorumaq üçün çox vacib vasitədir.  Ancaq Trampın ciddi qüsurları, kiçik biznes sahiblərinə ehtiyac duyduqları köməyi əldə etmələrinə mane oldu. Ailələrə birbaşa göndəriləcək çeklərin üzərinə ad yazdırmaq üçün ödəmələri gecikdirmək prezident Trampın bu böhranın öhdəsindən gələ bilməməsinin başqa bir utandırıcı nümunəsidir".

DİGƏR XƏBƏRLƏR

Top