
Havalar isindikcə aranda yaşayan arıçıların da qayğısı artır. Təmiz bal əldə etmək üçün iynəli canlıları dağlara, çiçəkli məkanlara aparmaq lazım gəlir. Amma bunun üçün arılar gərək tam hazır ola. Yeniavaz.com xəbər verir ki, Mingəçevirdə yaşayan Ağdərə rayon sakini Babaş Qəribov 60 ildən artıqdır arı bəsləmklə məşğuldur. Hazırda həyətində bal arılarının zəiflərini müalicə edərək, onların gücünü daha da artırmağa çalışır. Dağlar qoynuna gedən canlıların bütün tədarükü əvvəldən görülür deyən həmsöhbətimiz bildirir ki, ramkalardan istifadə edilməyən şanları yığaraq onu əridib yenidən istifadəyə yararlı hala gətirmək lazımdır. Babaş Qəribov “may balı”nın süzüləndən dərhal sonra istifadə edilməsini də doğru saymır. Onun fikirncə həmin məhsul, təxminən iki ay saxlandıqdan sonra tam keyfiyyətli bala çevrilir.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz