Pandemiyaya əhəmiyyət verməyən rahib öldü


ABŞ-da bəzi rahiblər koronavirusa məhəl qoymayaraq ayinlərin icrasını davam etdirirmiş.
Yeniavaz.com
xarici KIV-ə istinadən xəbər verir ki, məhz o rahiblərdən birinin xəstəliyə yoluxaraq həyatını itirdiyi deyilir.
Çox deyil, təxminən bir neçə həftə əvvəl sözügedən rahib bu ifadələri istifadə edibmiş: “Sizə dürüst şəkildə deyə bilərəm ki, əgər bir gün ölərəmsə, bilin ki, mən bundan qorxmuram. Övladlarıma da deyirəm qorxmayın. Hər şeyi sakit qarşılayın. Bəli, virus buradadır. Amma unutmayın ki, Allah da buradadır".
Evangelist rahib Qerald Qlen öz vəzifəsini Amerikanın Virciniya ştatında yerinə yetirirmiş. O, koronavirus pandemiyasının təsiri gücləndikdə də öz dini söhbətlərini davam etdirirmiş.
Rahib Qlen sağlamlıq qaydalarına məhəl qoymadan onun dini söhbətlərini dinləməyə gələn insanlara da, övladlarına verdiyi nəsihətləri verməkdə davam edirmiş: "Pandemiyadan qorxmayın, sosial məsafəni gözləmək məcburiyyətində deyilsiniz."
66 yaşındakı rahib bu cür danışıqlarından sonra xəstəliyə yaxalanıb. Rahibin müalicə olunmasına baxmayaraq həyatını qurtarmaq mümkün olmayıb. 
Qeyd edək ki, ABŞ-da rahib Qlen kimi pandemiyaya qarşı tədbirlərə əhəmiyyət verməyən daha bir neçə evangelist din adamları da olub.

DİGƏR XƏBƏRLƏR

Top