
İraqın şimalında Hakurk bölgəsində Türkiyə ordusunun əsgəri şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, PKK terrorçuları tərəfindən yerləşdirilmiş əl istehsalı partlayıcının zərərsizləşdirilməsi zamanı partlayış baş verib.
Partlayış nəticəsində Məhəmməd Fatih Durhan şəhid olub.
Türkiyə Milli Müdafiə Nazirliyi Durhanın ailəsinə başsağlığı verib.
Tətbiqimizi yükləyə bilərsiniz