Azərbaycanda ağır yol qəzası: ölən və yaralananlar var


Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə Tanrıqullar, Salahlı kəndləri istiqamətindəki magistral yolda baş verib. 
“Mercedes” və “Hyundai” markalı minik maşınları toqquşub. Qəza nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib. Ağır xəsarət alan iki nəfər isə xəstəxanaya çatdırılıb. Ölən şəxs  Yevlax rayon Aran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Əlizadə Fəxri Fəxrəddin oğludur.
Faktla bağlı araşdırma başlanıb. 

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top