Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq ölüb - FOTO


Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb. 
N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb. 
Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.

DİGƏR XƏBƏRLƏR

Top