Türkiyədə koronavirsdan ölənlərin sayı açıqlandı


Türkiyədə yeni növ koronovirusdan (COVID-19) bu gün daha 115  nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib.

O bildirib ki, son 24 saatda 34 min 90  nəfər koronavirus testindən keçib və 4281-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1518 nəfər ölüb, 69392 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1820 nəfəri reanimasiyadadır, 5674 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 875 xəstə bu gün evə buraxılıb.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 477716 nəfərin testdən keçdiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top