Sərhədlərin açılması istiqamətində hər gün müzakirə aparılır - RƏSMİ

“Operativ Qərargah sərhədlərin açılması istiqamətində hər gün müzakirə aparır”. 

Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, artıq bütün dünyadan həftədə 300-400 Azərbaycan vətəndaşının gətirilib müayinə etmək imkanı yaranacaq: “Aprelin 17-də “evegedirem” portalı istifadəyə veriləcək. Xaricdə olan Azərbaycan vətəndaşları qeydiyyatdan keçərək növbəyə götürüləcək. İlk olaraq Rusiyada olan vətəndaşlara diqqət ayrılacaq. 

Aprelin 20-dən etibarən xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə başlanılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top