Dünyada koronavirusdan sağalanların sayı yarım milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı yarım milyonu ötüb.
Yeniavaz.com 
worldometers.info saytına istinadla xəbər verir ki, virusdan sağalanların sayı 503 386 nəfərə çatıb.Göstərilən statistik rəqəmlərə əsasən virusdan ən çox sağalma Çin (77 816), Almaniya (72 600) və İspaniyada (70 853) qeydə alınıb.
Hazırda dünyada pandemiya qurbanlarının sayı 130,802 nəfər, qeydə alınmış yoluxma hallarının sayı isə 2,035,737 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top