Azərbaycanda karantin rejimi uzadılacaq? - RƏSMİ

 

"Ümumi vəziyyət onu göstərir ki, karantin rejiminin uzadılmasına zərurət var".

Yeniavaz.com xəbər verir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, karantin rejiminin uzadılması ilə bağlı tədbirlər planı hazırlanır: "Biz, epidemioloji analizlərin nəticəsində karantin rejiminin uzadılmasına ehtiyac görürük. Karantin rejiminin tədricən sonlandırılması növbəti uzadılmadan sonra baş verə bilər. Karantin rejiminin tədricən aradan qaldırılması çox vacibdir. Amma birdən-birə karantin rejiminin aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.


 

DİGƏR XƏBƏRLƏR

Top