20 azərbaycanlı mütəxəssis ölkəyə gətirildi - KORONAVİRUSA GÖRƏ


“Müalicə komandalarının xüsusi təlimlərdən keçməsi çox önəmli idi”.

Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O bildirib ki, bu təlimlər hazırda onlayn rejimdə davam etdirilir: “Məhz bu təlimlərin nəticəsidir ki, 25 % sağalma müşahidə edirik. Türkiyədə təhsil alan həmvətənlərimiz, həkimlərimiz Azərbaycana gələcək. Artıq Mehriban Əliyevanın təşəbbüsü, ÜST və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 20 həkim Azərbaycana gətirilib, onlar yaxın 3 ay ərzində burada olacaqlar. Onlar bizim yerlərdə apardığımız təlimlərə baxacaqlar, məsləhətləşmələr aparacaqlar”.

DİGƏR XƏBƏRLƏR

Top