Ramin Bayramlı: "Karantin rejiminin uzadılmasına ehtiyac duyuruq" - VİDEO

"Karantin rejiminin uzadılması üçün qaydalar hazırlayırıq".
Yeniavaz.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, karantin rejiminin yumuşaldılmasına zərurət yaranıb: "Mən qeyd etdim ki, karantin rejiminin uzadılmasının bütün qaydalarını hazırlayırıq və Operativ Qərargaha təqdim edəcəyik. Açıq demək istəyirəm ki, biz, epidemioloji analizlərin nəticəsində karantin rejiminin uzadılmasına ehtiyac görürük. Karantin rejiminin tədricən sonlandırılması növbəti uzadılmadan sonra baş verə bilər".

DİGƏR XƏBƏRLƏR

Top